Keçmiş polis Şəhidlər Xiyabanında özünü asdı

6-07-2022, 21:24           
Keçmiş polis Şəhidlər Xiyabanında özünü asdı
Sumqayıtda keçmiş polis əməkdaşı intihar edib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, intihar edən şəxs hazırda polis əməkdaşı deyil:

"Həmin şəxs bir müddət əvvəl səhhətində yaranmış problemlə əlaqədar öz xahişi ilə polis orqanlarından xaric edilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru