Qusarda traktor qoşqusu tonlarla ot bağlaması ilə birlikdə yanıb: Xəsarət alan var
7-07-2022, 07:30
Qusar rayonunun Əcəxur kəndində “T-40” markalı traktorun yanar hissələri və qoşqusuna yığılan 3,7 ton ot bağlaması yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.