Lent.az-ın məlumatına görə, hadisə gecə saat 2 radələrində Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən "Səmayə" şadlıq sarayının avtodayancağında baş verib. 26 yaşlı Səlimov Röyal Akif oğlu mübahisə zamanı tanışı 30 yaşlı Ucaqov Elvin Canlar oğlunu bıçaqlayıb.