Argentinalı narkotacirlər qaçırdıqları təyyarədə qəzaya uğrayıblar

19-01-2023, 08:51           
Argentinalı narkotacirlər qaçırdıqları təyyarədə qəzaya uğrayıblar
Narkoticarətlə əlaqəli beş cinayətkar Argentinanın Çako əyalətində aviasiya klubundan “Cessna-206” yüngül mühərrikli təyyarəsini qaçırıb. Hücum edənlər uzağa qaça bilməyiblər, havaya qalxdıqdan dərhal sonra yanacaq verilişini açmadıqları üçün qəzaya uğrayıblar.

“Report” xəbər verir ki, bu barədə yerli “Diario Norte” nəşri məlumat yayıb.

“Əgər o, şəhərə düşsəydi, bu, faciə olardı. Təyyarənin gizli bloklama sistemi var”, - prokuror Serxio Rios bildirib.

O vurğulayıb ki, həmin şəxslər havaya qalxarkən yanacaq verilişi kranını açmağı unudublar və onların benzini bitib.

“Bu yanacaq xəttinin harada yerləşdiyini heç də hamı bilmir”, - prokuror əlavə edib.

Qeyd olunub ki, quldurlar “Villa Angela” aeroklubunun anqarına soxularaq “Cessna-206” markalı avtomobili oğurlayıblar. Təyyarə yerli fermerə məxsus olub.

Daha sonra uçuş-enmə zolağından yeddi kilometr aralıda yanan dağıntılar aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru