Hadisə şəhərin 6-cı mikrorayon, ev 16 ünvanında qeydə alınıb.
Yanğın binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində olub. Hadisə nəticəsində qeyri-yaşayış sahəsi tam yanıb, alov binanın ikinci mərtəbəsindəki 3 otaqlı mənzilə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.