Bakıda qadın ərini BALTALADI

22-01-2023, 14:38           
Bakıda qadın ərini BALTALADI
Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

Teref.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 21-i saat 06 radələrində paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Lalə İmaşova əri Ceyhun İmaşovla əvvəl mübahisə edib. Daha sonra qadın baltanın kəsici hissəsi ilə kişinin baş nahiyəsinin arxa hissəsindən iki dəfə zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fakta görə Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.