Azərbaycanda PARTLAYIŞ: Yaşayış evi tamamilə yandı

22-01-2023, 14:54           
Azərbaycanda PARTLAYIŞ:
Oğuzda yaşayış evində maye qaz balonu partlayıb.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 23.00 radələrində rayonun Qumlaq kəndində, kənd sakini Fəxrəddin Qədirova məxsus, ümumi sahəsi 134 kv/m olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru