Ermənistan ordusunun kapitanı dövlətə xəyanətdə ittiham edilərək həbs olunub

31-01-2023, 11:49           
Ermənistan ordusunun kapitanı dövlətə xəyanətdə ittiham edilərək həbs olunub
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrin kapitanını həbs edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətindən bildirilib.

O, 2021-ci ildən etibarən xarici kəşfiyyata casusluq etməkdə ittiham olunur. Kapitan məxfi məlumatları xarici kəşfiyyata ötürməkdə şübhəli bilinir.

Həbs edilən hərbçinin adı açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru