Rusiyada gənc oğlan yarım saat ərzində iki dəfə maşın altına düşdü - VİDEO

1-02-2023, 12:18           
Rusiyada gənc oğlan yarım saat ərzində iki dəfə maşın altına düşdü - VİDEO
Rusiyanın Tümen şəhərinin sakinini yarım saat ərzində iki dəfə avtomobil vurub.

Əvvəlcə o, qadağan olunmuş yerdən yolu keçib və “Renault Logan” avtomobilinin təkərləri altında qalıb. Nəticədə çiyni əzilib və üzü zədələnib. Təcili yardım maşını ilə xəstəxanaya aparılan gənc həkimlərin müdaxiləsindən sonra evə buraxılıb.

Lakin bir neçə dəqiqədən sonra o, xəstəxanaya geri gətirilib. 26 yaşlı xəstə yenidən yolu yanlış yerdən keçməyə cəhd edib və bu dəfə də onu “Mitsubishi” avtomobili vurub.

Bu dəfə onun vəziyyəti daha ağır olub və orta ağır olaraq qiymətləndirilməklə xəstəxanada saxlanılıb.

Mənbə: “SHOT” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru