Həkimlər əmisinin zorladığı məktəblini ABORT ETMƏDİLƏR

2-02-2023, 00:03           
Həkimlər əmisinin zorladığı məktəblini ABORT ETMƏDİLƏR
Polşada əmisinin zorladığı 14 yaşlı qız abortdan imtina edib.

Lent.az xəbər verir ki, bununla bağlı “Qadınlar və Ailə Planlaşdırılması üzrə qeyri-hökumət fondu”nun nümayəndələri “Facebook”da paylaşım ediblər.

Təşkilat məktəbli qızın bibisinin kömək üçün fonda müraciət etdiyini bildirib. Onun sözlərinə görə, əmisi ona təcavüz etdikdən sonra bacısı qızı hamilə qalıb. Əqli geriliyi diaqnozu qoyulan zərərçəkmiş zorlama hadisəsi barədə heç kimə heç nə deməyib və hamilə olduğunun fərqinə varmayıb.
Polşada zorlama qurbanlarının hamiləliyin cinayətdən sonra baş verdiyinə dair sübutu varsa, hamiləliyi 12 həftəyə qədər pozmağa icazə verilir. Bunun üçün qızın qohumu prokurorluğa şikayət edib. Bununla belə, şəhərdəki yerli xəstəxanaların həkimləri onu abort etməkdən imtina ediblər.

Bundan başqa, məlum olub ki, bibisi qıza qarşı qəddarcasına və qeyri-insani rəftar edildiyini etiraf edib.

Qeyd edək ki, fond nümayəndələri artıq hamiləliyin pozulduğunu və əməliyyatın Varşavada gerçəkləşdiyini deyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru