Azərbaycan bu İran vətəndaşını beynəlxalq axtarışa verdi

2-02-2023, 12:49           
Azərbaycan bu İran vətəndaşını beynəlxalq axtarışa verdi
Azərbaycanda narkotik qaçaqmalçılığında təqsirləndirilən İran vətəndaşı beynəlxalq axtarışa verilib.

Teref.Az Trend-ə istinadən bildirir ki, 42 yaşlı Ahmadzadə Dehgan Tohid narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil dəstə yaratmaqla qaçaqmalçılıqda təqsirləndirilir.

Azərbaycan istintaq orqanı Ahmadzadə Dehgan Tohid barəsində cinayət işi başlasa da, o, istintaqdan yayınıb. Həmin şəxs barəsində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib və o, İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru