Yunanıstan sahillərində miqrantlarla dolu gəmi batdı

6-02-2023, 08:34           
Yunanıstan sahillərində miqrantlarla dolu gəmi batdı
Egey dənizində Leros adası yaxınlığında miqrantların olduğu gəmi qəzaya uğrayıb.

Gəmidə ən azı 45 miqrantın olduğu bildirilib. Onlardan yalnız 41 nəfəri xilas etmək mümkün olub. Miqrantların bəziləri dənizdə, bəziləri isə qayaların üzərində aşkar olunub.

Qəza nəticəsində biri körpə olmaqla, dörd nəfər ölüb.

Yunanıstan Sahil Mühafizəsi axtarışları davam etdirir. Gəmidə olan insanların ümumi sayı hələlik dəqiq məlum deyil. Axtarışı güclü küləklər və pisləşən hava şəraiti çətinləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru