Moskva sakini Mavzoleydən Leninin cəsədini oğurlamağa cəhd edib

7-02-2023, 11:24           
Moskva sakini Mavzoleydən Leninin cəsədini oğurlamağa cəhd edib
Moskvalı mebel montajçısı Leninin cəsədini Mavzoleydən oğurlamağa cəhd edib. Hadisə fevralın 6-na keçən gecə Qırmızı Meydanda baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları özünü qəribə aparan şəxsi saxlayıblar.

O, Mavzoleydən Leninin cəsədini oğurlamaq istədiyini etiraf edib.

Polis şöbəsində o, niyyətini təsdiqləsə də, niyə belə etmək istədiyini izah edə bilməyib.

Uyğun olmayan davranışla əlaqədar olaraq, kişi üçün təcili psixiatrik yardım çağırılıb.

Saxlanılan şəxsin 42 yaşlı moskvalı olduğu üzə çıxıb. Kişi mebel montajçısı işləyib, 5 il əvvəl 3 oğlunun anası olan həyat yoldaşından boşanıb. Fevralın 5-də o, Puşkinodakı məktəb yoldaşının yanına gedib və spirtli içki qəbul edib. Kişi sonrakı hadisələri xatırlaya bilməyib.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru