Bakıda xarici vətəndaş klubda öldü

7-02-2023, 08:57           
Bakıda xarici vətəndaş klubda öldü
Bakının Binəqədi rayonunda klubda ölüm hadisəsi baş verib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli Rəcəbli küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, "Baku Musical Center" gecə klubunda müştəri olan Küveyt vətəndaşı Ali Nəcəb Aşamalinin qəfil vəziyyəti pisləşib.

Dərhal təcili tibbi yardıma müraciət olunub.

Buna baxmayaraq, Ali Nəcəb Aşamali dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin əməkdaşları tərəfindən araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru