“Respublikanski”də İNTİHAR - xəstə özünü pəncərədən atdı
8-02-2023, 16:16
Bakıda xəstəxanada intihar hadisəsi baş verib.
TEEREF.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən Respublika Klinik Xəstəxanasında müalicə alan Şabran rayon sakini, 1962-ci il təvəllüdlü C.Əzizov özünü pəncərədən atıb.
O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.