Gürcüstanda zəlzələ olub

11-02-2023, 21:17           
Gürcüstanda zəlzələ olub
Gürcüstanın qərbində - Kobuleti regionunda 4,5 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə 19.33-də qeydə alınan yeraltı təkanların ocağı 4,96 km dərinlikdə olub.

Dağıntılar barədə məlumat verilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.