İran rejimi bu şəxsləri cəzalandırmaqdan qorxur

16-02-2023, 09:28           
İran rejimi bu şəxsləri cəzalandırmaqdan qorxur
İran ETTELAAT-ı həbs olunanların işinə “bu təqsirləndirilən şəxsin cəzalandırılmasına heç bir maneə yoxdur” cümləsini daxil edib. Bu isə onların edamına və məhkəmə orqanları tərəfindən cəzalandırılmasına yol açır.

Bu sözləri Axar.az-a Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədri Sina Yusifi deyib.

“Hökumətin kimisə siyasi məsələyə görə həbs etməsi ona başucalığı gətirmir. Həbs olunan bu insanlar azadlıq və etiraz haqlarına görə tutulan siyasi məhbuslardır ki, onlar qanunla cəzalandırılmalı deyilllər. Amma kimin ki arxası yoxdur, tutulanda adları mediada işıqlandırılmayıb, həmin şəxsləri çoxdan bu şəkildə cəzalandırırlar. Tanınmış insanları cəzalandırmaqdan isə çəkinirlər. Məhkəmələrdə hələ də işi bağlanmamış qalan insanlar bu məlumatları mediada işıqlandırmaqdan qorxmasınlar”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru