Bakıda maskalı şəxs qadına qarşı quldurluq edib

15-05-2023, 11:14           
Bakıda maskalı şəxs qadına qarşı quldurluq edib
Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

Hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, Bolluq bazarı ərazisində maska taxmış naməlum şəxs 1992-ci il təvəllüdlü Novruzova Pərvanə Atabala qızına hücum edib. Naməlum şəxs qadına bir neçə yumruq vuraraq əlindəki çantasını götürərək ərazidən qaçıb. Qadın ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru