İrəvanda ölən əsgərlərin valideynləri şəhərin mərkəzi prospektini bağlayıblar

19-05-2023, 08:38           
İrəvanda ölən əsgərlərin valideynləri şəhərin mərkəzi prospektini bağlayıblar
İkinci Qarabağ müharibəsində ölən erməni hərbçilərin valideynləri Ermənistanın paytaxtı İrəvanın Arşakunyats prospektini bağlayıblar.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlar Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasında şübhəli bilinən Qayane Akopyanın vəkillərinin şikayətinə baxılan məhkəmə binasına soxulmağa cəhd ediblər, lakin polis buna imkan verməyib.

"Qayaneni buraxmayana qədər yolu açmayacağıq. Ölkədə baş verənlərdən xəbəri olmayanlar, ümid edirəm, heç olmasa indi hər şeyi dərk edib, bizə qoşularlar”, - müharibədə övladını itirmiş valideyn bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru