Bağça müəllimi bu əməlinə görə edam edildi

14-07-2023, 17:24           
Bağça müəllimi bu əməlinə görə edam edildi
Çinin Henan əyalətində 25 uşağı natrium nitritlə zəhərləyən keçmiş uşaq bağçası müəllimi Vanq Yun edam edilib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Henan əyalətinin Jiaozuo məhkəməsi təsdiqləyib.

O, iyulun 13-də edam olunub.

Xatırladaq ki, 2019-cu ilin mart ayında Jiaozuo uşaq bağçalarından birində kütləvi qida zəhərlənməsi baş vermişdi. Polis müəyyən edib ki, müəllim Vanq Yun uşaqların sıyığına natrium nitrit əlavə edib. Zəhərlənən uşaqlardan biri 10 aylıq müalicədən sonra dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru