Naxçıvanın keçmiş daxili işlər nazirinə yeni vəzifə verildi - ƏMR

14-07-2023, 19:41           
Naxçıvanın keçmiş daxili işlər nazirinə yeni vəzifə verildi - ƏMR
Keçən ilin dekabrında Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilən polis polkovniki Rəşad İsmayılova yeni vəzifə verilib.

TEREF.AZ bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Həmin idarənin rəis müavini olan polis polkovniki Mahir Məmmədov isə öz xahişi ilə sərəncama çıxıb.

Qeyd edək ki, Rəşad İsmayılov Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad ediləndən sonra həmin posta Süleyman Nemətov təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru