Ailəsi ilə istirahətə gedən yeniyetmə Kürdə boğuldu

15-07-2023, 08:57           
Ailəsi ilə istirahətə gedən yeniyetmə Kürdə boğuldu
Samuxda bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Yeni Kənd kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 2009-ci il təvəllüdlü Aysel Süleymanova Kür çayının kənd ərazisindən keçən hissəsində çimərkən batıb.

Nəticədə 14 yaşlı qız boğularaq vəfat edib.

Meyit Kürdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, yeniyetmə qız ailəsi ilə birlikdə istirahətə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru