Yüksək vəzifəli MTN əməkdaşının intihar etdiyi təsdiqləndi

8-04-2015, 21:41           
Yüksək vəzifəli MTN əməkdaşının intihar etdiyi təsdiqləndi
Bu gün paytaxtın Nərimanov rayonu ərazisində özünü damdan ataraq öldürən şəxs MTN-in polkovnik-leytenant rütbəli zabiti Azər Əliyevdir.

Bu barədə virtualaz.org saytına Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Hal-hazırda araşdırma aparılır və xüsusi xidmət zabitinin ölümünün təfərrüatları aydınlaşdırılır.

***
16:24

Bu gün günortaya yaxın MTN-in əməkdaşı Bakının Nərimanov rayonunda, Həsənoğlu küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq, faciəli şəkildə dünyasını dəyişib.

Analitik.az saytının verdiyi məlumata görə, 35-37 yaşlarında olan Azər adlı şəxs MTN-in baş idarəsində məsul vəzifədə imiş. Onun intihar etdiyi, yaxud kiminsə tərəfindən öldürülməsi faktı araşdırılır. Ölüm faktı ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.
Nərimanov Rayon Prokurorluğundan intihar faktını təsdiq etsələr də bu barədə əlavə açıqlama vermək və mərhumun soyadını açıqlamaq istəməyiblər.
Prokurorluqdan virtualaz.org saytına verilən məlumata görə, belə bir intihar hadisəsi doğrudan da baş verib. Prokurorluqdan o da bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru