Hesablama Palatası Dövlət Neft Fondunu yoxlayacaq

8-04-2015, 22:43           
Hesablama Palatası Dövlət Neft Fondunu yoxlayacaq
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Bu barədə Hesablama Palatasından məlumat verilib.

Kollegiya iclasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrası vəziyyətinə dair, dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə Audit proqramları təsdiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru