Ermənistanda kriminal vəziyyət ağırlaşır

8-12-2023, 10:45           
Ermənistanda kriminal vəziyyət ağırlaşır
2023-cü ilin 10 ayı ərzində Ermənistanda ağır cinayətlərin sayı iki dəfə artıb.

Bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.

Yanvar-oktyabr aylarında ölkədə 1 425 ağır cinayət törədilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 685 fakt çoxdur.

Ümumilikdə, 10 ay ərzində Ermənistanda 31 598 cinayət qeydə alınıb ki, bu da ötən ilin göstəricisindən 1 778 cinayət çoxdur.
Hesabat dövründə 4 700 ağır cinayət törədilmişsə, ötən il bu rəqəm 3 874-ə bərabər olub. Orta dərəcəli cinayətlərin sayı ötən il 8 255 idisə, bu rəqəm 10 761-ə çatıb.

Mənbə: Sputnik Ermənistan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.