Estoniyada Rusiyaya casusluqda şübhəli bilinən 10 nəfər saxlanıb

21-02-2024, 00:19           
Estoniyada Rusiyaya casusluqda şübhəli bilinən 10 nəfər saxlanıb
Estoniya Daxili Təhlükəsizlik Xidməti Rusiyaya casusluqda şübhəli bilinən 10 nəfəri saxlayıb.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” platformasında paylaşımında bildirib. O, saxlanılanların Rusiyanın təlimatları əsasında fəaliyyət göstərən individuallar olduğunu, məqsədlərinin qorxu və gərginlik yaratmaq, Ukraynaya qətiyyətli dəstəyin kəsilməsinə nail olmaq olduğunu qeyd edib.

Baş nazir Kaya Kallas isə Estoniyanın Rusiya təhlükəsizlik xidmətlərinin hibrid əməliyyatının qarşısını uğurla aldığını qeyd edib.

“Biz bilirik ki, Kreml bizim bütün demokratik cəmiyyətlərimizi hədəfə alır”, – Kallas qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru