Rusiya vətəndaşı vanna otağında ölü vəziyyətdə tapılıb. Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Mingəçevir şəhərində, Babək küçəsi 1 ünvanındakı evdə baş verib. Belə ki, 1957-ci il təvəllüdlü Rusiya vətəndaşı Rəhimov Abil Daşdəmir oğlu vanna otağında ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma başlanıb.