Paytaxtda iki avtomobil toqquşub: Gənc qız yaralanıb

30-03-2024, 10:38           
Paytaxtda iki avtomobil toqquşub: Gənc qız yaralanıb
Bakının Nizami rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Neyjən Zamin qızı Məmmədli xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.