Qayınana hamilə gəlininin meyitini tapdı

30-03-2024, 11:27           
Qayınana hamilə gəlininin meyitini tapdı
Qubada hamilə qadın dəm qazından boğularaq vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Quba şəhəri Tağıyev küçəsində yerləşən evin hamam otağında baş verib.

1997-ci il təvəllüdlü Niftəliyeva Fidan Habil qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onu qayınanası halsız vəziyyətdə aşkarlayıb və Fidanın artıq vəfat etməsi məlum olub.

Bildirilir ki, yaşyarımlıq əkiz uşaqların anası olan 27 yaşlı F. Niftəliyeva 4 aylıq hamilə imiş.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru