Naxçıvandan sonra İmişlidə də zəlzələ oldu - YENİLƏNİB
21-04-2024, 09:07
İmişli rayonunda üç maqnitudalı zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Beyləqan stansiyasından 35 km şimal-şərqdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Təbiət hadisəsi hiss olunmayıb. Yeraltı təkanlar 23:49-da qeydə alınıb. Zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.
20.04.2024 22:09
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 22:01-də Naxçıvan stansiyasından 76 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasının Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında üç bala qədər hiss olunub.
Zəlzələnin maqnituası 4.6, dərinliyi dörd kilometr olub.
22:09
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4,4 maqnitudalı zəlzələ olub.
Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
İdarənin verilənlərinə əsasən, Bakı vaxtı ilə 22:01-də qeydə alınmış yeraltı təkanların ocağı yeddi kilometr dərinlikdə yerləşib.
Eyni zamanda, “Report”un Naxçıvan bürosunun məlumatına görə, zəlzələ Naxçıvan Muxtar Respublikasında da üç bala qədər hiss olunub.