Qarabağ separatçısı İrəvanda SAXLANILDI

24-05-2024, 00:13           
Qarabağ separatçısı İrəvanda SAXLANILDI
Qarabağdakı keçmiş xunta rejiminin təmsilçilərindən biri, Əsgəranın keçmiş “meri” İrəvanda saxlanılıb.

TEREF erməni mediasına istinadən bildirir ki, bu barədə onun vəkili Ruben Melikyan sosial şəbəkələrdə məlumat yayıb.

Hüquq-mühafizə orqanları bu gün Hayk Şamiryanın mənzilində axtarış aparıb, sonra o, aparılıb. Cinayət işinin konkret nə ilə bağlı olduğu açıqlanmır.

Melikyan təhlükəsizlik qüvvələrinin hərəkətlərində siyasi kontekst görür. O xatırladıb ki, Şamiryan bundan əvvəl Qarabağın digər nümayəndələri ilə birlikdə “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanla görüşüb. Müstəntiq hələlik məlumatı şərh etməyib. Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru