Bakıda restoran sahibinin özbaşınalığının qarşısı alındı 25-07-2024, 17:18 Bakının Yasamal rayonu, Məmməd Rahim küçəsində restoran sahibi tərəfindən zəbt edilən səki ilə bağlı müvafiq qurum tədbir görüb.Bununla bağlı Oxu.Az-a Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.Bildirilib ki, Yasamal Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən səkiyə bərkidilən dirəklər sökülüb, ərazi təmizlənib. Facebook-da paylaş