Kurskun atəşə tutulması nəticəsində yaralananların sayı artdı

9-08-2024, 08:48           
Kurskun atəşə tutulması nəticəsində yaralananların sayı artdı
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyanın nəzarətində olan Kursk vilayətini atəşə tutması nəticəsində doqquzu uşaq olmaqla 66 nəfər yaralanıb.

TASS xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat verib.

"Rusiya Səhiyyə Nazirliyinin Fəlakət Təbabəti üzrə Federal Mərkəzinin əməliyyat məlumatlarına əsasən, avqustun 6-dan avqustun 8-dək Ukrayna silahlı qüvvələrinin Kursk vilayətini atəşə tutması nəticəsində doqquzu uşaq olmaqla 66 nəfər xəsarət alıb", - Muraşko bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru