Bakıda yaşlı kişini maşın vuraraq öldürüb

14-09-2016, 08:19           
Bakıda yaşlı kişini maşın vuraraq öldürüb
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, naməlum avtomobil yüksək sürətlə hərəkət edərkən yolu keçmək istəyən 50-55 yaşlarında kişini vuraraq hadisə yerindən yayınıb.

Qəza yerində dünyasını dəyişən şəxsin meyitini yoldan keçən sürücülər görüb və mərhumun cəsədi Sabunçu Rayon Xəstəxanasının Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsi gətirilib. Üzərində heç bir sənəd olmadığı üçün mərhumun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları arşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru