Cinayətkar ərini satdı, indi 3 milyon tələb edir

14-09-2016, 10:12           
Cinayətkar ərini satdı, indi 3 milyon tələb edir
Adam oğurluğunda ittiham olunan şəxsin keçmiş arvadı məhkəmə qarşısına çıxarılan ərinə görə 3 milyon rubl mükafat tələb edir.

Qadının iddiasına görə, keçmiş ərinin həbs edilməsinə məhz özü yardımçı olub. Natalya Anisimova biznesmenin oğurlanmasına hazırlıq aparılması barədə məlumatlar ötürüb, nəticədə, cinayətkarlar elə hadisə başındaca yaxalanıb.

Virtualaz.org NTV telekanalına istinadən xəbər verir ki, səs-küylü cinayət işi üç il əvvəl Samara şəhərində baş verib. Spirtli içkilərin kralı kimi tanınan biznesmen Oleq Derqaçovu işə getdiyi yerdə yoldan oğurlayaraq yaxınlıqdakı meşəyə aparıblar. Biznesmenin iş yoldaşları cinayət haqda məlumat verən şəxsə 3 milyon rubl mükafat verəcəklərini bəyan ediblər. Qadın biznesmenin oğurluğunda keçmiş həyat yoldaşının da əli olduğunu bilib və pul qazanmağa qərar verib. O, hadisə barədə nə bilirsə hamısını danışıb.

“Deyirdi ki, buna görə ona 100 min dollar söz veriblər. Amma həmin şəxs öldükdən sonra onu təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə qoyacaqlar”, – Natalya Anisimova deyib.

N.Ansimova əvvəlcə öz şübhələrini müstəntiqlərlə bölüşməyib. Amma sonradan ərinin ailə büdcəsinə müdaxilə olunduğunu görüncə bu itkiləri kompensasiya etməyə qərar verib. O, oğurlanmış biznesmenin yoldaşları ilə razılaşıb. Bütün faktların əvəzində pul istəyib. Amma qadının ifadəsindən sonra hamı pul barədə verdiyi vədi unudub.

Bir qəpik belə almayan Natalya indi məhkəmələrə üz tutaraq ədalət axtarır. O, spirtli içkilər şəbəkəsindən 5 milyon rubl təzminat tələb edir. Bunun 3 milyonu — mükafat üçün verilən vəd, 2 milyon isə mənəvi ziyana görədir. Pul Natalyaya həm də ona görə lazımdır ki, həbsxanadan onu satdığına görə uşağını və özünü təhdid edən keçmiş ərindən gizlənə bilsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.