Bakıda keçmiş məmur gözətçisini niyə güllələdi? - TƏFƏRRÜAT

14-09-2016, 19:25           
Bakıda keçmiş məmur gözətçisini niyə güllələdi? - TƏFƏRRÜAT
3 gün əvvəl Bakıda gözətçinin ev sahibi tərəfindən güllələnməsi hadisəsinin maraqlı təfərrüatı üzə çıxıb.

Lent.az-ın məlumatına görə, təqaüdçü olan Vidadi Quliyev Ləhiş bağlarındakı evində gözətçilik edən Elşad Kazımovla şəhərdəki kafelərdən birində yeyib-içib. Daha sonra evə gedən hər iki şəxs burada yolüstü aldıqları pivəni də içiblər. Bundan sonra isə hələlik dəqiqləşməmiş səbəblərdən E.Kazımov əsəbləşməyə başlayıb və onun hər kəsə hörmət etdiyini, hamının da ona hörmət göstərməli olduğunu deyib. E.Kazımov hörmətsizlik edən şəxslərin ünvanına ağır ifadələr işlədib. V.Quliyev özündən yaşca kiçik olan Elşadı qucaqlayaraq onu sakitləşdirməyə çalışıb və ondan konkret kimi söydüyünü soruşub. İçkinin təsiri altında olan E.Kazımov konkret olaraq V.Quliyevi söyüb və onu boğmağa başlayıb.

V.Quliyev E.Kazımovun əlindən çıxan kimi belindəki tapançanı çıxarıb və ona atəş açıb.

Bildirilir ki, öz evinin gözətçisini güllələyən V.Quliyev əvvəllər xüsusi təyinatlı idarələrdən birində vəzifədə olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru