Bakıda 28 yaşlı kişini ürəyindən bıçaqladılar

15-09-2016, 08:20           
Bakıda 28 yaşlı kişini ürəyindən bıçaqladılar
Bu gecə Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, hadisə 7 mikrorayon ərazisində, Abay Kunanbayev 18 ünvanında qeydə alınıb. Naməlum şəxs küçədə 28 yaşlı Vüqar Şöhrət oğlu Əliyevi bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Döş nahiyəsindən bıçaqlanan yaralı dərhal əməliyyat olunub. Müayinə zamanı zərbənin Vüqar Əliyevin ürəyinə də xəsarət yetirdiyi müəyyən edilib.

Hadisə barədə məlumat alan polis araşdırmalara başlayıb. Faktla əlaqədar Binəqədi rayon polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru