Ziya Bünyadov prospektində 12 maşın toqquşdu

15-09-2016, 12:08           

Axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.

Yeraltı yol ötürücüsündə 12 avtomobil toqquşub.

İlkin məlumata görə, qəzaya “MAN” markalı yük maşınını idarə edən Xaliq İbrahimovun sükan arxasında yuxulaması səbəb olub.

Qəza zamanı yük maşını sürət həddini aşıb. Nəticədə “MAN”la yanaşı, 3 “Mercedes”, həmçinin “Nissan”, “Lexus”, “Priora”, BMW və 4 digər avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Qəza nəticəsində tuneldə təqribən 1 saatdan çox sıxlıq yaranıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru