Azərbaycan prezidenti MDB-nin iclasında iştirak edəcək

16-09-2016, 09:50           

Azərbaycan prezidenti İlham Əliyev MDB ölkələrinin dövlət başçılarının bu gün Bişkekdə keçiriləcək iclasında iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyinin İnteqrasiya Birlikləri Departamentinin direktoru Bolotbek Mukaşyev məlumat verib.
"Əksər prezidentlərin iştirakı gözlənilir. Biz Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus və Ermənistan prezidentlərindən rəsmi təsdiq almışıq. Hazırda Özbəkistandan təsdiq gözləyirik. Moldovadan baş nazir, Ukraynadan səfir, Türkmənistandan isə Nazirlər Kabinetinin sədr müavininin iştirakı gözlənilir", - deyə xarici siyasət idarəsinin nümayəndəsi bildirib.
İclasda dövlət başçılarının bir sıra bəyanatlar verəcəyi, proqram qəbul edəcəyi və MDB-nin mədəniyyət paytaxtını elan edəcəkləri planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru