Banklar bu yola da əl atırlar - Diqqətli olun

16-09-2016, 12:23           

Bakı sakini Sərxan Baxşəliyevin başına qəribə iş gəlib. O, 3-4 il öncə bankların birindənkredit götürən qohumuna zamin durub. Kredit götürən şəxs həmin krediti vaxtında ödəyib və bitirib. Bir neçə gün öncə isə bankdan Sərxana sürpriz zəng gəlib və bildirilib ki, zamin durduğunuz şəxs borcu ödəmir, ona görə də həmin kredit borcunu siz ödəməlisiniz.

Məlum olub ki, qohumu onun xəbəri olmadan yenidən bankdan kredit götürüb. Bank isə Sərxana xəbər verməyib ki, sizi zamin kimi qeyd edirik. Qohumu borcunu ödəyə bilməyəndə isə bankdan zəng vurublar ki, siz zaminsiniz, krediti siz ödəməlisiniz. Bu azmış kimi, iş yerinə məktub yazıblar ki, mühasibatlıq maaşından tutub banka ödəsin.

Mövzu ilə bağlı videomaterialını təqdim edirik:
qafqazinfo.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.