Baş həkimin oğlu qəzada öldü –Cinayət işi açıldı

16-09-2016, 23:35           

Göyçay rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə saat 21:45 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 195-ci kilometrliyində, rayonun Qarayazı kəndi ərazisində qeydə alınıb.

Göyçay istiqamətində "VAZ 21015" markalı avtomobil ilə hərəkətdə olan rayonun Qaraməryəm kənd sakini Sultanov Zaur İsa oğlu yolu keçmək istəyən iki camışı vurub. Nəticədə avtomobil yoldan çıxaraq kənara aşıb.

Qəza zamanı sürücü yaralanıb və dərhal Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qəza nəticəsində heyvanlar da tələf olub.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Həlak olan şəxs Qaraməryəm kənd sahə xəstəxanasının baş həkimi İsa Sultanovun oğludur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Report.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru