Azərbaycanda güclü külək elektrik dirəyini AŞIRDI: Şəhər işıqsız qaldı

4-11-2024, 08:26           
Azərbaycanda güclü külək elektrik dirəyini AŞIRDI: Şəhər işıqsız qaldı
Güclü külək Salyanda fəsadlar törədib, şəhərin bir sıra küçələri işıqsız qalıb.

"Report"un məlumatına görə, günorta saatlarında başlanan külək daha da güclənib.

Sakinlərin sözlərinə görə, güclü külək şəhərdə elektrik dirəklərindən birini aşırıb, naqillər qırılıb.

Nəticədə iki saatdan çox müddətdə şəhərin Heydər Əliyev prospektinin bir hissəsi, Əliağa Kürçaylı, Təbriz Xəlilbəyli, Yunis Zərgərli, Ənvər Qasımzadə, Əli Zeynalov, Axund Mirbağırağa küçələri işıqsız qalıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən lazımı tədbirlər görülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru