Allergiyası olanlar üçün ideal qida

5-11-2024, 08:08           
Allergiyası olanlar üçün ideal qida
Darı faydalı minerallar, lif və vitaminlərlə zəngin olan sağlam qidalanma üçün ideal bir taxıldır. İçərisində B vitaminləri, maqnezium, dəmir, fosfor və antioksidantlar bol miqdarda mövcuddur. Foodinfo.az xəbər verir ki, bu taxılın istifadəsi xüsusilə enerji səviyyəsini artırır və immun sistemini gücləndirir. Darı yüksək lif tərkibi ilə həzm sisteminə faydalıdır və qəbizliyi aradan qaldırır. Lifli quruluşu qanda şəkər səviyyəsini tənzimləyir və toxluq hissi yaradır, buna görə də çəki nəzarətinə kömək edir. Bu xüsusiyyətləri ilə şəkərli diabet riskini azaldır. Darı maqnezium və fosforla zəngin olduğu üçün ürək sağlamlığını dəstəkləyir, qan təzyiqini tarazlayır və ürək xəstəlikləri riskini azaldır.Antioksidantlarla zəngin olması bədəni zərərli sərbəst radikallardan qoruyaraq xərçəng riskini azaldır. B qrup vitaminləri isə beyin sağlamlığını qoruyur və sinir sisteminə müsbət təsir edir. Asan həzm olunan və qlütensiz bir qida olan darı allergiyası olanlar üçün ideal seçimdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru