Tərkibindəki uçucu yağlar həzm sistemini rahatlaşdırır

Bu gün, 09:58           
Tərkibindəki uçucu yağlar həzm sistemini rahatlaşdırır
Dəfnə yarpağı çayı çoxsaylı faydaları ilə təbii bir müalicə vasitəsi olaraq istifadə edilən bitki çayıdır. Foodinfo.az xəbər verir ki, dəfnə yarpağının tərkibindəki antioksidantlar, A və C vitaminləri, dəmir, kalsium və maqnezium sağlamlıq üçün çox faydalıdır. Bu suyun xüsusilə həzm sisteminə və immunitetə faydası yüksəkdir. Mədə ağrısı, qaz problemi və qəbizlik kimi həzm problemlərini yüngülləşdirir, çünki tərkibindəki uçucu yağlar həzm sistemini rahatlaşdırır.Dəfnə yarpağı suyu həm də bədənə toksinləri atmağa kömək edir, iltihab əleyhinə təsir göstərir və ürək-damar sağlamlığını dəstəkləyir. Xolesterolu tənzimləməyə və qan təzyiqini tarazlaşdırmağa da kömək edir, bu da ürək xəstəlikləri riskini azaldır. Həmçinin dəfnə yarpağı suyu stressin azalmasına, yuxunun yaxşılaşmasına təsir edir, çünki tərkibində sinir sistemini rahatlaşdıran komponentlər var.Bu təbii vasitəni hazırlamaq üçün bir neçə dəfnə yarpağını qaynar suya əlavə edib 5-10 dəqiqə dəmləmək kifayətdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.