Sahibsiz itlər Bakıda iki nəfəri DİŞLƏDİ - ŞİKAYƏT

27-03-2025, 08:36           
Sahibsiz itlər Bakıda iki nəfəri DİŞLƏDİ - ŞİKAYƏT
Bakının Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında yaşayan sakinlər sahibsiz itlərin onların həyatı üçün təhlükə yaratdığından şikayətlənirlər.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, gecələr itlərin səsindən yatmaq mümkün deyil, gündüzlər isə küçəyə çıxmaq olmur.

Sahibsiz itlər sakinlərdən birini əlindən, digərini isə ayağından dişləyib.

Sakinlərin sözlərinə görə, it məhəllədə yaşayan bir evsizindir. Dəfələrlə itlə bağlı problemi ona desələr də, nəticəsi olmayıb.

Binada yaşayanlar mövcud durumla bağlı dəfələrlə aidyyəti üzrə müraciət ediblər, lakin vəziyyət dəyişməyib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru