Ağdaşda dağın yamacında kişi meyiti tapılıb. Ajans.az xəbər verir ki, hadisə Hüşün kəndi yaxınlığındakı dağın yamacında qeydə alınıb. Meyiti aşkar olunan şəxs 1980-ci il təvəllüdlü Hüşün kənd sakini Abdullayev Elnur Mənsur oğludur. Onun çoban olduğu bildirilir.