Bakıda avtomobil idaretmədən çıxaraq idman zalına çırpıldı: Ölən var
Bu gün, 09:55
Bakıda avtomobil idarəetmədən çıxaraq idman zalına çırpılıb.
"Report" xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
2000-ci il təvəllüdlü Orxan Qurbanovun idarə etdiyi "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq idman zalına çırpılıb. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.