Dəhşətli statistika: Avropada ən çox uşaq ölümü Azərbaycanda qeydə alınıb – Tam siyahı

29-04-2025, 18:23           
 Dəhşətli statistika: Avropada ən çox uşaq ölümü Azərbaycanda qeydə alınıb – Tam siyahı
Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə, il ərzində Azərbaycanda 5 yaşadək ölən uşaqların sayı 2 395 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, ölən uşaqların 1 329-u oğlan, 1 066-sı isə qız olub.
Qeyd edək ki, hər 1 000 diri doğulan uşağa düşən ölüm göstəricisi 21,3 olub. Bu göstərici oğlanlarda 22,2, qızlarda isə 20,2 təşkil edib.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə (sonuncu məlumat) 5 yaşadək ölən uşaqlarla bağlı göstərici son 20 ildə qeydə alınan ən yüksək göstərici olub.
Məlumat üçün onu da bildirək ki, dünyada uşaq ölümlərinin qiymətləndirilməsi üzrə BMT-nin Qurumlararası Qrupu (UNICEF, ÜST, Dünya Bankı, Əhali Fondu və s.) tərəfindən açıqlanan statistikaya əsasən, Azərbaycanda bu göstərici hər 1 000 diri doğulan uşağa görə 19 olub. Bu göstəriciyə əsasən, Azərbaycan Avropa və qonşu ölkələr arasında birinci yerdə qərarlaşıb.
Avropada 5 yaşadək uşaq ölümü göstəricisi (hər 1000 diri doğulan uşağa):
Azərbaycan – 19;
Moldova – 15;
Türkiyə – 13;
Ermənistan – 10;
Gürcüstan – 9;
Albaniya – 9;
Ukrayna – 8;
Rumıniya – 7;
Bolqarıstan – 6;
Bosniya və Herseqovina – 6;
Slovakiya – 6;
Rusiya – 5;
Xorvatiya – 5;
Serbiya – 5;
Böyük Britaniya – 5;
Polşa – 4;
Belçika – 4;
Macarıstan – 4;
Yunanıstan – 4;
İsveçrə – 4;
Fransa – 4;
İrlandiya – 4;
Almaniya – 4;
Niderland – 4;
Çexiya – 3;
Şimali Makedoniya – 3;
İtaliya – 3;
Monteneqro – 3;
İsveç – 3;
Litva – 3;
Latviya – 3;
İspaniya – 3;
Portuqaliya – 3;
Avstriya – 3;
Danimarka – 3;
Kipr – 3;
İslandiya – 3;
Lüksemburq – 2;
Belarus – 2;
Sloveniya – 2;
Estoniya – 2;
Norveç – 2;
Finlandiya – 2.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru