Çinin şimal-şərqində yerləşən Liaoninq əyalətində restoranda yanğın baş verib, onlarla ölən var. TEREF “Reuters”ə istinadən xəbər verir ki, yanğında 22 nəfər həyatını itirib, 3-ü yaralanıb.
Yanğının dəqiq səbəbi müəyyənləşdirilməyib.
Çin sədri Si Cinpin hadisəni “Böyük dərs” adlandırıb.
O, rəsmiləri alovun səbəbini müəyyənləşdirməyə və öhdəlik daşıyanları məsuliyyətə cəlb etməyə çağırıb.