Avtomobil izdihama çırpıldı - 11 nəfər YARALANDI

1-05-2025, 09:08           
Avtomobil izdihama çırpıldı -
Kopenhagenin mərkəzində avtomobilin izdihamın üzərinə hərəkət etdiyi qəzada azı 11 nəfər xəsarət alıb.
Bu barədə Danimarkanın TV-2 telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Belə ki, yaşlı sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil Kopenhagenin mərkəzində insan izdihamına çırpılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, sürücünün özü də daxil olmaqla 3 nəfərin vəziyyəti ağırdır.

Sürücü aldığı xəsarətlərə görə müalicə olunduqdan sonra polis onu dindirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru